Şahvələd Çobanoğlu Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsindən çıxıb. Bəlli olub ki, onu AXCP sədrinin müavini Gözəl Bayramlıya qarşı cinayət işi ilə əlaqədar çağırıblar. Onu bu işlə bağlı şahid kimi dibdiriblər.
Şahvələd Çobanoğlu MeydanTV-yə deyib ki, onu müstəntiq Ramiz Alverdiyev dindirib və proses 2 saat yarım davam edib:
“İstintaq sirri olduğu üçün detallara varmayacam, çünki iltizam alıblar. Ancaq mən Gözəl xanımın qanunsuz addım atmadığına inanıram. Bir də öz fəaliyyətimlə bağlı ümumi suallar verildi”.
***
Jurnalistlər Şahvələd Çobanoğlu və Sevinc Vaqifqızı Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılıb. Bu barədə hər iki jurnalist Facebook statusunda yazıb.
“Qızımın məzum gününə gedərkən, yolda zəng edib prokurorluğa – çox Ağır Cinayətlər İdarəsinə çağırdılar” – deyə Ş.Çobanoğlu yazır.
“Şəhər nömrəsindən zəng gəldi elə bildim Seymurdu. Sevindim ki, nə vaxtdır zəng eləmir. Nömrəni təzədən yığdım, müstəntiq Əli Babayev cavab verdi. Dedi, saat 4- də istintaqa ifadə verməliyəm.
Hansı iş üzrə çağrıldığımı demirdi. Dedim, yoxsa gəlmirəm, bildirdi ki, Əfqan Muxtarlının işinə görədir” – bunu da S.Vaqifqızı yazıb.
Saat 14.30-da Şahvələd Çobanoğlu, 16.00-da isə Sevinc Vaqifqızı istintaq idarəsində olmalıdır.