İran iyunun 7-də Tehranda terror edənlərin kimliyi barədə məlumat yayıb. Məlumata görə, terrorçular İranın daxilində İŞİD-ə qoşulmuş şəxslər olub. Onların hamısının öldürüldüyü bildirilir. Bundan başqa, üçüncü terror aktını planlaşdıran beş nəfərin tutulduğu deyilir.
İran İnqilab Qvardiyası hadisələrə görə Səudiyyə Ərəbistanı və ABŞ-ı ittiham edib.
Bu hücumlar Yaxın Şərqdə Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin İranla sıx əlaqələri olan Qətəri terrorçuluğa dəstək verməkdə ttiham edərək, onunla əlaqələri kəsməsi ilə yaranmış yüksək gərginlik fonunda baş verib.
Sünnilərin idarə etdiyi Səudiyyə Ərəbistanı və Şiələrin üstünlük təşkil etdiyi İran regional rəqiblərdir.
İranın Ali Milli Təhlükəsizlik Şurasının rəis müavini Rza Seyfollahi dövlət televiziyasına bildirib ki, hücumçular “İranın daxilində bir sıra regionlardan İŞİD-ə qoşulub”.