Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işində bəzi detallar məlum olub.
İttiham aktına əsasən, Antiterror Mərkəzində əməliyyat xərcləri maddəsi ilə ayrılmış vəsaitlərin xərclənməsinə dair arayışdan görünür ki, həmin keçmiş nazirliyin Maliyyə İdarəsindən daxil olmuş məlumatlara görə, 2011-2015-ci ilin hər 10 ayı ərzində əməliyyat xərcləri üzrə nəzərdə tutulmuş “9-cu maddə” üzrə Antiterror Mərkəzinə 8 milyon 319 min 533 AZN, 2 milyon 33 min 467 ABŞ dolları və 450 min 570 avro məbləğində pul vəsaiti verilib.
İttiham aktında qeyd edilib ki, Əks-Kəşfiyyat Əməliyyatları işi üzrə 5 milyon 148 min 735 manat və 1 milyon 358 min 500 ABŞ dolları pul vəsaitinin mənimsənildiyi qənaətinə gəlinib.
Report