Türkiyədə girişinə qadağa qoyulan internet ensiklopediyası “Wikipedia”nın sahibi “Wikimedia” Fondu qadağanın qalxması üçün Konstitusiya Məhkəməsinə (AYM) müraciət edib.
Sayta girişin qadağan olunması “Wikipedia”nın ingilis saytında yer alan “Suriyanın daxili savaşına xarici müdaxilələr” və “Dövlət dəstəkli terrorizm” başlıqlı yazılarda Türkiyə ilə əlaqədar yayılan mətnlər olmuşdu. Bu mətnlərin silinməsi ilə bağlı xəbərdarlıqdan sonra girişə 29 apreldə İnformasiya Texnologiyaları Təşkilatı (BTK) tərəfindən inzibati tədbir qərarı ilə yasaq qoyulmuşdu.
“Wikimedia”nın AYM-yə müraciətini fondun vəkili Gönenç Gürkaynak edib.Yerli məhkəməyə müraciətin rədd edilməsindən sonra bu addımı atdıqlarını deyən Gürkaynak AYM-nin şikayəti nə zaman dəyərləndirəcəyi məsələsində bir açıqlama vermənin mümkün olmadığını söyləyib.
azadliq.info