Samuxun icra başçısı Alı Qocayevin İlham Əliyevi aldatdığı üçün məşhər ayağına çəkildiyi iddia olunur
Samuxÿrayonunun icra başçısı Alı Qocayev 10 gündür ki, rayonda yoxdur. Bu isə Samuxda müəyyən söz-söhbətlərin yayılmasına səbəb olub. Rayonda danışırlar ki, Alı Qocayev Milli Təhlükəsizlik Nazirliyində saxlanılır. Bunun səbəbi isə icra başçısı külli miqdarda dövlət vəsaitini mənimsəməsidir.
Bildirilir ki, Alı Qocayev Binəqədinin icra başçısı olarkən rayonda Heydər Əliyev adına muzey inşa etməli və eyni adlı park salmalı imiş. Lakin icra başçısı bu məqsədlə müvəkkil bankdan götürdüyü 4 milyon manatı təyinatı üzrə xərcləməyib. Bir müddət sonra bunun üstü açılıb. Lakin Alı Qocayevin Milli Məclisin spikeri Oqtay Əsədovla quda olması “yuxarılar”ın onun barəsində sərt cəza tədbirləri görməsinin qarşısı alınıb. Qərara alınıb ki, Alı Qocayev Samuxa sürgün edilsin və öz vəsaiti hesabına rayonu abadlaşdırsın.
Lakin Alı Qocayev burada da “yuxarılar”ı aldatmağa cəhd edib. Icra başçısı kənd yollarının yenidən qurulması üçün rayonun yol idarəsinə ayrılmış 3 milyon manata şərik çıxıb. Alı Qocayev çalışıb ki, həmin pulu həm də rayonun kosmetik abadlığına sərf etsin. Bu isə yol idarəsilə icra hakimiyyəti arasıôêôûnda ciddi narazılıq yaradıb. Alı Qocayevin özbaşınalığı barədə “yuxarılar”a məlumat verilib. Bundan sonra ölkə başçısı Ilham Əliyev Alı Qocayevi MTN-ə gətirib. Hazırda onun çekistlər tərəfindən dindirildiyi bildirilir.
Məlumatı MTN-lə dəqiqləşdirmək mümkün olmadı. Oqtay Əsədovla əlaqə saxlamaq cəhdlərimiz də baş tutmadı.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Alı Qocayevin cəzalandırılmasına çalışırdı. Buna səbəb onun ARDNŞ-ə məxsus əraziləri vətəndaşlara satması idi.
İnformasiya şöbəsi