Türkiyənin Fəlakət və Fövqəladə Hallar (AFAD) üzrə sədri Halis Bildenin sözlərinə görə, “Fırat Qalxanı” əməliyyatı başladıqdan sonra təxminən 2 min kvadrat kilometrlik sahə etibarlı hala gətirilib.
Bilden bu müddətdə ölkələrinə dönən suriyalıların sayının 50 mini keçdiyini söyləyib: “Orada suriyalılar ciddi bir şəkildə iqtisadi həyatlarını davam etdirirlər. Ərazilərin hamısında da əkin əkmişlər və bu an o bölgə yamyaşıl. Bu o mənanı verir; qalan bölgələrin də mütləq koalisiya gücləri dediyimiz birlik tərəfindən, amma mütləq ölkəmizin liderliyində çox sürətli bir şəkildə DEAŞ və DEAŞ-a bənzər terror təşkilatlarından tam təmizlənməsi lazımdır. Geri dönüb baxdığımızda, Çobanbəylidə, Cerablusda, Azezdə, Babda insanların geri döndüyünü çox ciddi bir şəkildə görürük və bunların həm təhsil, həm səhiyyə, həm digər imkanları ÖSO-yla birlikdə Türkiyə Respublikası tərəfindən qarşılanır. 50 mindən artıq adamın öz ölkələrinə döndüyünü görürük, bunun davam edəcəyini də çox rahatlıqla söyləyə bilərəm. ”
azadliq.info