Hindistanda silahlılar hərbi düşərgəyə hücum edib.
Bu barədə “RİA Novosti” xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə Cammu və Kaşmir ştatlarında, Kupvar dairəsində, Panzqam yaşayış məntəqəsi yaxınlığında baş verib. Hadisə zamanı 2 silahlı zərərsizləşdirilib.
Məlumata görə, atışma hazırda davam edir, intensiv döyüşlər gedir. Atışma zamanı hərbçilərin itki verib-verməmələri barədə hər hansı məlumat verilmir.
Silahlıların hərbi düşərgəyə hücumu zamanı 3 hərbçi ölüb.Bu barədə “NDTV” telekanalı xəbər verib.