İngiltərədə bir şirkət plastik tullantıları istifadə edərək yol çəkir.
Yeni üsulun həm tullantılar üçün bir həll variantı ola biləcəyi, həm də neft istehlakını azalda biləcəyi bildirilir.
“Plastik yol” fikri ingilis mühəndis Toby McCartneyinə aiddir.
McCartney plastik yol fikrini qızından aldığını deyir. Məktəbdə müəllimlər qızına “okeanlarımızda nə yaşayır?” deyə soruşunca, qızı da əlini qaldıraraq “müəllim, plastik ” deyə cavab vermişdir. McCartney “uşağımın belə bir dünyada böyüməsini istəmirəm” söyləyir.
McCartney sonra Hindistanda bəzi məhəllələrdə xalqın çuxurları plastik tullantılarla doldurub onları əridərək yol düzəltdiyini xatırlamış və öz texnikasını inkişaf etdirmişdir. Toby qarışığın tərkibinin ticarət sirri olduğunu söyləyib. İndi yol çəkilişində şirkət evlərdən və iş yerlərindən toplanan plastik tullantılardan istifadə edir.
Məlumata görə, dünyada 40 milyon km yol var. Bu yollarda yüz milyonlarla barel neft istifadə edilib. McCartneyin plastik asfaltı İngiltərənin şimal-qərbindəki Cumbria şəhərində sınanıb. McCartney plastik yolların asfalt yollara nisbətən çox daha ucuz və dayanıqlı olduğunu söyləyir.
azadliq.info