“İmam Şamil batalyonu” adlı qruplaşma Peterburq metrosundakı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Qruplaşmadan bəyan ediblər ki, terrorçu “Əl-Qaidə”nin əmri ilə hərəkət edib. Bu barədə SITE monitorinq qrupu məlumat verib.
Bir qədər əvvəl Mavritaniyanın informasiya agetnliyini yaydığı və SITE-nin tərcümə etdiyi açıqlamada qeyd olunurdu ki, az tanınan qruplaşmanın iddiasına görə, partlayışı həyata keçirən Akbarjon Cəlilov “Əl-Qaidə”nin başçısı Ayman Əl-Qavaxirinin tapşırığı ilə hərəkət edib.
Fizzə