Üç il əvvəl Kuala Lumpur-Pekin səfərin edən zaman sirli bir şəkildə itən Malayziya Hava yollarına məxsus təyyarənin tapılması xəbəri yayılıb.
Təyyarənin dağıntılarını aşkar edən avstraliyalı elm adamları dağıntının 25 min kvadrat kilometrlik bir sahədə olduğunu açıqlayıb.
Araşdırma qrupu adından danışan və təyyarənin yerini “çox yüksək ehtimalla” təsbit etdiklərini söyləyən David Qriffin “son gördüyümüz işlər MH370 təyyarəsinin, yüksək ehtimalla, yeni təyin olunmuş axtarış sahəsində olduğunu göstərir. Qəti əmin ola bilmərik, ancaq əlimizdəki bütün dəlillər bizi bu nöqtəyə gətirir və son işlər əlimizdəki tapıntılara daha çox güvənməmizi təmin edir” deyə bildirib.
Daha əvvəl həyata keçirilən uzun müddətli axtarış işləri nəticəsində itkin təyyarənin yalnız kiçik bir parçası tapılmış və işlər dayandırılmışdı. Axtarış işlərini təşkil edən Çin, Avstraliya və Malayziya bir müddət əvvəl işlərin sona çatdığını açıqlamış və təyyarənin yeriylə əlaqədar konkret bir dəlil əldə edilənə qədər axtarış işlərinə büdcə ayrılmayacağını açıqlamışdı.
azadliq.info