İngiltərə şirkətlərindən biri kəşf etdiyi yeniliyi təqdim edib. Şirkət plastiksiz və şüşəsiz su qabları yaradıb. Bu, su kapsullarıdır. Kapsullar bioloji görüntüdən ibarətdir – hər hansı mayeni yosunlardan ibarət olan bioloji görüntü zərrəciyinə çevirir.
Şirkət məqsədini belə açıqlayıb ki, plastik və şüşə qabların sonunu gətirmək, beləliklə də tullantıların azaldılmasına nail olmaq istəyir.
Bu kapsulların qablaşdırilması şüşə və plastik qablaşdırmaya nisbətən ucuz başa gələcək.
Məhsul hazırda idman oyunlarında, festivallarda sınaqdan keçirilməkdədir. Şirkət bu kapsulları dörd il sonra satışa çıxarmağı nəzərdə tutur.
azadliq.info