İran Mərkəzi Seçki Komissiyası prezident seçkilərində namizədliyini irəli sürmüş keçmiş prezident Mahmud Əhmədinecatın namizədliyini rədd edib.
19 mayda keçiriləcək seçkilərə 1600 adam müraciət edib, ancaq seçkidə cəmi 6 namizəd yarışacaq. Seçkilərdə ölkə prezidenti Həsən Ruhani də yenidən namizəd olaraq mübarizə aparacaq. Seçkiyə namizədliyi qeydə alınmış digər şəxslər bunlardır: H. Ruhaninin birinci müavini İshaq Cihangir, Haşimi Rəfsəncani və Məhəmməd Xatəminin dövründə prezident müavini olmuş Mustafa Haşimi Teba, Tehran Bələdiyyə sədri Məhəmməd Mis Qalibaf, Məşhəd şəhərindəki İmam Rza Türbə və Kompleksi İdarəsinin sədri İbrahim Rəis və dini lider Ayətullah Əli Xameneyinin prezidentliyi dövründə müşavir olan İslam Koalisiya Partiyası Mərkəzi Şurasının sədri Mustafa Mirsdir.
azadliq.info