11 ton partlayıcı daşımaq gücünə malik bomba hərbi şəraitdə istifadə edilib
ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, aviasiya Əfqanistanda “bütün bombaların anası” adı ilə tanınan GBU-43/B MOAB (Massive Ordnance Air Blast Bomb) aviabombasını tətbiq edib.
Mərmi yerli vaxtla saat 19.00-da Naqarxar əyalətinin Açin rayonunda, Pakistan sərhəddinin yaxınlığına atılıb. Aviazərbənin hədəfi İŞİD-in regiondakı yaraqlılarının obyektləri olub.
GBU-43/B aviabombası 2003-cü ildə hazırlanıb. Həmin ilin yaz və payız aylarında Florida ştatındakı poliqonda sınaqdan keçirilib.
10 tondan ağır olan bomba ABŞ ordusunun istifadəsində olan ən güclü qeyri-nüvə mərmisidir.
Hazırda McAlester Army Ammunition Plant zavodu 15 belə bomba istehsal edib.
ABŞ Müdafiə Nazirliyinin məlumatında qeyd olunur ki, indiyə qədər hərbi şəraitdə bu bombalardan istifadə edilməyib.
Fizzə