“Biz yeni “soyuq savaş” istəmirik”.
Bunu NATO baş katibi Yens Stoltenberq ABŞ prezidenti Donald Trampla birgə keçirdiyi mətbuat konfransında deyib.
Baş katib bildirib ki, NATO Rusiya ilə əməkdaşlıq yolunu tapmalıdır: “Qarşılıqlı əməkdaşlıq üçün yol tapmalıyıq. Yeni “soyuq savaş” istəmirik”.
Stoltenberq Rusiya ilə siyasi dialoqu saxlayacaqlarını bildirib: “Qəti şəkildə əminik ki, Rusiya ilə siyasi dialoq güclü NATO-ya mane olmur. Bu dialoq üçün bizim gücümüz və birliyimiz var”.
Gültəkin