Çin prezidenti Si Tszinpinin Rusiyaya səfərinin tarixi açıqlanıb.
Çin baş nazirinin müavini Çjan Qaoli bildirib ki, Tszinpin Moskvaya bu ilin iyul ayında səfər edəcək. Və səfər zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
Eyni zamanda Putin də bildirib ki, Çjan Qaolinin dəvəti əsasında may ayında Pekində təşkil olunacaq beynəlxalq forumda iştirak edəcək.
Qeyd edək ki, Si Tszinpin aprelin 6-7-də ABŞ-da səfərdə olmuş və Floridada prezident Donald Trampla görüşmüşdü.
Gültəkin