Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra iki ölkə arasındakı əlaqələrin pisləşdiyini söylədi.
Obama rəhbərliyindən sonra Tramp rəhbərliyinin əlaqələri düzəltmə fürsəti olduğuna ümid bəslədiyini deyən Putin, ilk dəfə Trump rəhbərliyini tənqid etdi.
Suriyada təşkil edilən kimyəvi hücumla bağlı danışan Vladimir Putin Suriya rejiminin kimyəvi silahların yox edilməsi ilə əlaqədar bütün öhdəliklərini yerinə yetirdiyini bildirdi.
Kimyəvi hücumla əlaqədar iki variant üzərində dayandığını ifadə edən Putin, “ya Suriyanın hava hücumunda müxaliflərə aid kimyəvi silah anbarı vuruldu, ya da kimyəvi hücum iddiaları gerçək deyil” söylədi.
azadliq.info