Rusiya prezidenti Vladimir Putin Suriyanın başqa şəhərlərində, eləcə də Dəməşqdə kimyəvi silah təxribatının hazırlandığını bildirib.
Putin bu məlumatı etibarlı mənbələrdən əldə etdiklərini deyib.
Suriya hökumətinin kimyəvi silahdan istifadəsi ilə bağlı suala cavabdan yayınan Rusiya prezidenti bu mövzunu darıxdırıcı adlandırıb.
Qeyd edək ki, Putin Suriya rejiminin kimyəvi silahdan istifadəsinə cavab olaraq ABŞ-ın Şayrat hərbi bazasına raket zərbələri endirməsini beynəlxalq hüququn pozulması kimi qiymətləndirmişdi.
Gültəkin