Rusiyanın Türkiyənin kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi məhdudiyyətlər uzun zamandır davam edir. Bu məsələnin çözülməsi üçün çalışdıqlarını deyən İqtisadiyyat naziri Nihat Zeybekci “önümüzdəki həftə bir görüş olacaq, təqvim harada və kimin üçün uyğundursa, orda görüşəcəyik” söyləyib.
Zeybekci məlum durumla bağlı deyib: “Qadağalarla heç bir ölkə qazanmaz, hər iki ölkə də itirər. Biri az itirər, biri çox itirər. Yasaqların olmadığı bir mühitdə hər iki ölkə qazanar.”
azadliq.info