İran prezidenti Həsən Ruhani rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində ABŞ-ın mövqeyindən asılı olmayaraq Suriya hökumətinə dəstəyi davam etdirəcəklərini bildirib.
“İran bundan sonra da Suriya xalqının yanında olacaq. Eyni zamanda terrorizmə qarşı mübarizədə Dəməşqlə daha sıx əməkdaşlıq edəcək”, – deyə Ruhani qeyd edib.
İran prezidenti ABŞ-ın Suriya hərbi bazasına raket zərbəsini də pisləyərək bunu beynəlxaq normaların pozulması kimi qiymətləndirib.
Liderlər Suriya münaqişəsinin həlli istiqamətində əməkdaşlığın vacibliyini bir daha vurğulayıblar.
Gültəkin