Sabirabadın Əsgərbəyli, Qasımbəyli, Yuxarı Axtaçı, Muradbəyli kənd sakinləri dövlət başçısı İlham Əliyevə müraciət göndərib hüquq müdafiəçisi İlham Əmiraslanovun həbsdən buraxılmasını xahiş ediblər.
“Turan”ın məlumatına görə, sakinlər İlham Əmiraslanova ittihamı uydurma saydıqlarını, onun məhz ictimai fəallığına, sel daşqınlarından əziyyət çəkənlərin hüquqlarını müdafiə etdiyinə görə həbs olduğunu bildirirlər: “Bu həbs siyasi sifariş, məmur özbaşınalığıdır”.
Müraciəti kəndlərin 300-dən çox sakini imzalayıb.