Şotlandiya polisi hicabı rəsmi formanın bir parçası olaraq qəbul etdi. Bundan əvvəl ölkədə qadın polis məmurları ancaq rəislərinin izni ilə hicab taxa bilirdi. “İndependent” qəzetinin xəbərinə görə, polis səlahiyyətliləri qərarın çox mədəni bir polis Inline image
yaradılmasına töhfə olacağını deyib. Eyni zamanda, onlar bu addımın “daha əvvəl polis məmurluğunu bir karyera olaraq görməyən müsəlman qadınları yenidən düşünməyə sövq edəcəyini” bildirib.
London polisi də 2001-ci ildə fərqli etnik mənşəyə şəxsləri polis məmuru olmağa həvəsləndirmək üçün hicabı rəsmi formasının bir parçası halına gətirmişdi.
azadliq.info