İngiltərənin “Hurricane” şirkəti Şimal dənizində Avropanın ən böyük neft yatağını kəşf edib.
Şirkəti tərəfindən verilən açıqlamada Şetland adalarının 97 kilometr qərbindəki sahədə təxminən 1 milyard barel neft ehtiyatı olduğu bildirilir. Sahədə neft çıxarma fəaliyyətlərinə 2019-ci ildə başlanması planlaşdırılır. Kəşfiyyat zamanı 1156 metr dərinə enildiyi, bir-birinə 30 kilometr uzaqlıqda açılan iki qazma quyusunda “yaxşı keyfiyyətdə” ehtiyat olduğu qeyd edilib. Şirkətin baş meneceri Robert Trice ” şirkətimiz üçün bu son dərəcə əhəmiyyətli bir tapıntı, bu sahədə edilən kəşfin, son illərdə Birləşmiş Krallığın qitədəki ən böyük kəşfi olduğuna inanırıq” deyib.