Türkiyənin Mardin şəhərində FETO / PDY istintaqı daxilində “bylock”(kodlu telefon yazışma proqramı) istifadə etdikləri üçün işdən uzaqlaşdırılan şübhəli polislərə qarşı əməliyyat keçirilib. Təhlükəsizlik rəisi, baş komissar və komissar də aralarında olduğu söylənən 21 nəfər nəzarətə alınıb.
Nəzarətə alınan komissarlardan biri ifadəsində keçmiş futbol ulduzlarından Hakan Şükürlə bağlı şübhəli iddia irəli sürüb. “Hakan Şükür 17-25 dekabr əməliyyatlarından qısa bir müddət əvvəl Terrorla Mübarizə Dairəsi İdarəsinə gəldi. Burada bir neçə saat qaldıqdan sonra ayrıldı. Mən də o sırada TEM Dairəsində çalışırdım “dedi.
Nəzarətə alınan kəşfiyyat şöbəsinin polis məmuru isə “15 iyul çevriliş cəhdi gecəsi böyük qardaşının “Eagle” adlı proqram üzərindən mesaj göndərərək, “dostlar, çevriliş olur, əsgər gəlirsə, silahlarınızı təslim edin, qardaş qanı tökülməsin” bildirdiyini deyib.
azadliq.info