Müsəlman, xristian, yəhudi musiqiçilər, solist və səmazənlərdən ibarət 150 sənətçi Münhendə bir konsert verəcək. Sənətçilər klassik musiqidən tutmuş təsəvvüfə, orta əsrlərdən barokko və klassik Türk musiqisinə, ilahilərə qədər fərqli əsərlər səsləndirəcək.
Almaniyanın Münhen şəhəri şənbə axşamı bənzərsiz bir konsert axşamına ev sahibliyi edəcək. Üç səmavi dindən olan 150 nəfərə qədər sənətçi, solist və səmazən Münhendə “Gasteig” Mədəniyyət Mərkəzində birlikdə səhnəyə çıxacaq. “Music for the One God” (“Tək Tanrı üçün Musiqi”) adlı konsertdə sənətçilər, Bax və Vivaldi kimi sənətçilərlə bərabər, türkcə, ingilis və italyanca ilahilər səsləndirəcək. Konyadan gələcək səmazənlərin səma nümayişi olacaq.
Konsertə qatılan dünyaca məşhur sənətçilərin sırasında soprano Leonor Amarall, Susan Zarrab, Michal Elia Kamal, klassik Türk musiqisi sənətçisi İbrahim Suat Erbay var. Bu il üçüncüsü keçirilən “Tək Tanrı üçün musiqi” konsertində sənətçilər dünyaya ümid, sevgi, birlik mesajları göndərəcəklərini deyirlər.
azadliq.info