Araşdırmalar dünyada hörümçəklərin insanlardan daha çox ət istehlak etdiyini ortaya qoyub. Elm adamlarının bu mövzuda apardığı bir araşdırmanın nəticələrini Təbiət və Elm ( “Science of Nature”) jurnalı açıqlayıb.
Alimlər dünyadakı bütün hörümçəklərin hər il istehlak etdikləri böcəklərin 400- 800 milyon tona çatdığını hesablayıb. Dünya səviyyəsində insanların hər il 400 milyon ton ətrafında ət və balıq kimi qida maddələrini istehlak etdiyi ortaya çıxır.
Araşdırmada səkkiz ayaqlı və iştahalı hörümçəklərin xüsusilə həşəratlar və xəstəlik yayan böcəklərlə mübarizədə çox əhəmiyyətli rol oynadıqlarına diqqət çəkilir. Alimlər “ümid edirik ki, bu nəticələr ictimaiyyətə hörümçəklərin oynadığı əhəmiyyətli funksiyaya lazımi dəyəri verməkdə əsas olar” bildirir.
Araşdırmaçılar hörümçəklərin istehlak vərdişlərinə bağlı ilk dəfə bir elmi araşdırma aparıldığını və dünya səviyyəsində bütün hörümçəklərin 25 milyon ton ağırlığa çatdıqlarını yazırlar.
Elm adamları hörümçəklərin yalnız özlərinin çox iştahalı olmadıqlarını, digər varlıqların iştahalarını da artırdıqlarını ifadə edirlər. Dünya səviyyəsində təxminən 8 min fərqli heyvan növünün yalnız hörümçəklərlə qidalandığı təyin edilib.
azadliq.info