Hollandiyanın Baş naziri Mark Rutte Türkiyə ilə əlaqələrin yumşadılmasına tərəfdar olduqlarını, ancaq bunun üçün üzr istəməyəcəklərini bildirib.
Xarici işlər naziri Mevlud Çavuşoğlu isə Hollandiya ilə yaşanan diplomatik böhranla bağlı bunları deyib: “Yox, əfəndim, etdim, üzr istədim, bitdi getdi məsələsi yoxdur. Üzr diləsən də, diləməsən də, bunun qarşılığını soracağıq. Onların məsləhət verəni, səfirləri iki gün əvvəl icazə almış, qaçmış, olacaqları bilir demək ki…”
Hollandiya hökuməti Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Qayanın “arzuolunmaz adam” elan edilərək deportasiya olunması məsələsində Türkiyənin “üzr istəyin” çağırışını da rədd edib.
Baş nazir Mark Rutte qatıldığı bir televiziya proqramında Türkiyənin “üzr istəyin” çağırışına “münasibətlərin yumşaldılmasına tərəfdarıq, amma üzr istəyərək deyil, dəlimisən?” cavabı verib.
Hollandiya hökumətinin şənbə günü seçicilərlə görüşmək üçün təyyarə ilə Rotterdama gedən Mevlud Çavuşoğlu və nazir Qayanın enişlərinə icazə verməməsi, ardından quru yolu ilə Hollandiyaya keçən Qayanın “arzuolunmaz adam” elan edilərək deportasiya olunması böyük qalmaqal yaratmışdı.
Prezidenti Rəcəb Tayyib Ərdoğan Hollandiyanın rəftarını “skandal və tərbiyəsizlik” olaraq dəyərləndirmiş və bunun əvəzini ödəyəcəklərini söyləmişdi.
azadliq.info