Avstriyanın Xarici işlər və Uyğunlaşma naziri Sebastian Kurz Avstriya İslam Birliyinin (İGGÖ) internet saytında yer alan “yetkin müsəlman qadınların hicab taxması” fətvasına sərt reaksiya göstərdi. Fətvanı rədd etdiyini deyən Kurz: “Uyğunlaşma naziri olaraq açıq şəkildə deyirəm ki, hicab öhdəliyini qəbul etmirik. Avstriya İslam Birliyinə açıqca soruşmaq istəyirəm, belə bir tövsiyə web-saytınızda necə yer alır və bunun arxasındasınızmı? “deyib.
İGGÖ-nün internet saytında yer alan bu fətva ölkədəki mərkəz sağ və sosial-demokrat (SPO) partiyasından olan siyasətçilər tərəfindən də sərt qarşılanıb. SPO sözçüsü Maria Duzdar da qadınların azadlıqlarına məhdudiyyət qoyulmasının qəbuledilməz olduğunu bildirib. Duzdar: “Belə bir davranış qadınların azadlığına və seçim haqqına edilmiş bir hücumdur, bunu qətiliklə rədd edirəm. Qadın və qızların azadlıqlarının məhdudlaşdırılması və kişilər tərəfindən necə yaşayıb, nə geyəcəklərinə qərar verilməsi qəbul edilə bilməz “deyib.
İGGÖ-nün rəhbəri İbrahim Olgun isə məsələnin tamamilə fərqli bir istiqamətə çəkildiyini bildirib. Olgun verilən reaksiyaları anlamaqda çətinlik çəkdiklərinə işarə edərək, deyib:
“Biz burada islam cəmiyyətini rəsmi olaraq təmsil edirik. Qurumumuz və daxili qaydalarımız Konstitusiya Məhkəməsi tərəfindən zəmanət altına alınmışdır. Burada müsəlmanları dini mövzular haqqında məlumatlandırmaq və fətva vermək ilə mükəlləfik. Təbii, bu məsələ bizim daxili işimizdir. Dini mövzularla bağlı sualları bizim qurumumuz cavablandırar və məzmununa dair məlumat verir. Bu məsələdə başqalarının müdaxilə etmək haqqı yoxdur. Əks təqdirdə, Avstriyada bir din azadlığından bəhs edilə bilməz. ”
Media və partiya səlahiyyətlilərinə müraciət edən Olgun, “biz necə siyasi sahəyə qarışmır və müdaxilə etmiriksə, eyni şəkildə siyasi partiyaların və ya media orqanlarının dini inancımıza qarışmalarını, müdaxilə etmələrini istəmirik” deyib.
azadliq.info