Bakıda Türk Şəhidliyinin abidəsinə hörmətsizlik hadisəsi baş verib. Türk Şəhidlər xiyabanının girişində yerləşən lövhə sındırılıb. Hadisə ilə bağlı foto sosial şəbəkələrdə yayılıb. Lövhənin kim tərəfindən sındırıldığı məlum deyil.
Tanınmış ziyalı Eldəniz Quliyev son vaxtlar heykəl və büstlərlə bağlı narahatlıq yaradan hadisələrin çoxaldığını söyləyir. Eldəniz bəy tarixi simalara qarşı olan hörmətsizliyi repressiya, onların xatirəsinə mənəvi təcavüz adlandırır:
“Mikayıl Müşfiqin büstüylə bağlı baş verənlər, Rəsulzadənin heykəlinə nümayiş olunan münasibət ciddi bir siyasətin olmasından xəbər verir. Türk əsgərləri Azərbaycanın azadlığı uğrunda canlarından kecib. Onların xatirəsinə belə münasibət düşünülmüş bir siyasət təəssüratı yaradır. Bunu yalnız vandalizm adlandırmaq olar”.
Sosial şöbə