Əsrin sonuna qədər qlobal iqlim dəyişikliyi ilə bağlı çox sayda yaşayış yerini tamamilə sular altında qala bilər. Belə yerlərdən biri də İtalyanın göl şəhəri Venesiyadır.
İtalyanın Davamlı İqtisadi İnkişaf, Texnologiya və Enerji Agentliyi ilə İtaliya, Fransa və İsrail universitetlərinin birgə araşdırmasına görə Aralıq dənizində son 1000 ildə yaranan 30 sm-lik səviyyə artımı, gələcək 100 ildə 3 qata çıxa bilər. Ən böyük səviyyə artımının isə Şimali Adriatikdə görüləcəyi, bu bölgədəki su artım səviyyəsinin əsrin sonunda 90-140 sm-ə çatacağı hesablandı.
Venesiya şəhəri də ən böyük risk altındakı yerlərdən biridir. Dünyanın ən turistik şəhərlərindən olan göl şəhəri Venesiyanın 2100-cü ilə qədər tamamilə sular altında qala biləcəyi ehtimal edilir. “Quaternary International” jurnalında dərc olunan araşdırmanın nəticələri İtalyan mətbuatında “Venesiya 2100-ci ilə qədər sular altında qalacaq” başlığıyla yayımlanıb.
azadliq.info