elmaTelman Zeynalov: “Yaşıllıqları qırıb-çatıblar”
Xəbər verildiyi kimi, Cəlilabad rayonunun Sadatlı kəndindəki Yeddi Bulaq adlanan ərazidə bır neçə ev təhlükə ilə üzləşib. Qarın əriməsi sürüşmə zonalarında aktivliyi artırıb.
Bəzi həyətlərdə sürüşmədən iri çatlar əmələ gəlib. Sakinlər evlərinin uça biləcəyi qorxusuyla üz-üzədir.
Kəndin təpəlik ərazilərində iri torpaq layları artıq evlərə doğru hərəkət edir. Bundan narahat qalan kənd sakinləri rayon Fövqəladə Hallar Komissiyasını məlumatlandırıblar. Lakin problem hələ də qüvvəsində qalır.
Yeri ğəlmişkən, torpaq sürüşmələriylə bağlı məlumatlar mətbuatın daim gündəmində olub. Paytaxtda Bayıldan başqa, Əhmədlidəki sürüşmə əraziləri də öz aktivliyini saxlayır.
Ekoloq Telman Zeynalov Bakının Yasamal və Əhmədli rayonlarını daha aktiv sürüşmə zonası hesab edir. O, sürüşməyə qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün yol da göstərir:
“Problemin yaranmasının əsas səbəi yaşıllıqların məhv edilməsidir. Kim harda istəyir, oranı qırıb-talayıb. Şamaxıya, Qubaya gedən yollarda sürüşmə çox aktivdir. Əsasən, yamacları demək olar. Agaclar məhv edilib, nəticədə də, quraqlıq havadan sonra bir az yağış yağan kimi, torpaq sürüşür. Amma problemin həlli də var. Rayon icra hakimiyyətləri yamaclardakı sürüşmənin qarşısını almaq üçün terraslar düzəldə bilərlər. Hər bölgənin müvafiq idarələri bunu etsə, sürüşmələrin də qarşısını almaq olar. Bu barədə həmişə deyirik. Yaşıllıqların qırılmasının qarşısını almaq lazımdır. Bunu etmirlərsə, heç olmasa sürüşməyə qarşı terraslar qursunlar”.
Nigar