İran televiziyası Oskar mükafatlarının təqdim olunması mərasimindən verdiyi xəbər zamanı mərasimin aparıcısı, aktrisa Şarlz Teronun geyiminə “əl gəzdirib”. Televiziya aktrisanın dekolte paltarının sinəsini və qollarını qara ləkə ilə örtüb. Sanki, Şarlz Teron əlvan dekoltesini qara vadalaska üzərindən geyinib.
İran telekanalının senzurası barədə The Hollywood Reporter xəbər yayıb.
Telekanalın aparıcı aktrisaya əlavə “paltar geyindirməsi” isə bu zərurətdən yaranıb ki, o, iranlı rejissor Əsgər Fərhadinin “Satıcı” filminə görə “Ən yaxşı əcnəbi film” nominasiyası üzrə aldığı Oskar mükafatını sahibinə təqdim edib. Hərçənd Fərhadi özü mükafatlandırma mərasiminə qatılmayıb və mükafatı onun adından Amerika-İran alimi Anuşe Ansari alıb. Yeri gəlmişkən, İran telekanalı -Iranian Labor News Agency Anşarinin də paltarına “dərzilik” edib.