Bazel Elmi-Araşdırma İnstitutunun ofisinin direktoru Alin Vare Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Nobel sülh mükafatına namizədliyini irəli sürüb.
Qazaxıstanın rəsmi xəbər agentliyi “Kazinform”un məlumatına əsasən, mərkəzi İsveçrədə yerləşən Bazel Elmi-Araşdırma İnstitutunun ofisinin direktoru Alin Vare Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Nobel sülh mükafatına namizədliyini irəli sürüb.
Nobel Komitəsinə etdiyi müricət ərizəsində Nazarbayevin 22 ildə anti-nüvə sahəsində önəmli fəaliyyətlərinin olduğunu bildirən Vare sosial media vasitəsilə özünün də Nazarbayevin nüvə silahsız sülh içində bir dünya yaratmaq prosesində önəmli təşəbbüslər qaldırmaqda davam etdiyini vurğulayıb.
Xatırladaq ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bu mükafata namizədliyi 2011-ci ildə də müxtəlif təşkilatlar tərəfindən irəli sürülmüşdü.
TRT Azərbaycan