Xristian Demokrat Birlik Partiyasının sədr müavini Armin Laschet bir daha “casusluq” iddiaları ilə gündəmə gələn türk imamların ölkəni tərk etmələrini istəyib.
Almaniyada Dəyanət İşləri Türk İslam Birliyini (DİTİB) təmsil edən imamların “cəsusluq” etdiyi ilə bağlı iddiaların müzakirələri davam edir. Xristian Demokrat Birlik Partiyasının sədr müavini Armin Laschet bir daha “casusluq” iddiaları ilə gündəmə gələn türk imamların ölkədən çıxarılmasını tələb edib.
Laschet DİTİB-nin də adının qarışdığı “Türk tələbələrin, müəllim və valideynlərin məktəblərdə Ərdoğanın siyasətini tənqid edənlər haqqında məlumatları Türk orqanlarına çatdırdığı” iddiaları səbəbindən imamların vəzifələrinə son verilməsini istəyib. O, açıqlamasında Almaniyada islam din dərsləri verilməsini istədiklərini, ancaq bu dərslərin “xarici bir dövlət qarışmadan” verilməsi lazım olduğuna diqqət çəkib.
Məlumdur ki, Almaniya daxilində təxminən 900 məscidi olan DİTİB-in imamları Türkiyə Dəyanət İşləri Rəhbərliyi tərəfindən Almaniyaya göndərilir və maaşları Dəyanət tərəfindən ödənir. İmamların “casusluq” ittihamı gündəmə gəldikdən sonra fevral ayının ortalarında Şimali Ren Vestfalya və Rheinland Pfalz əyalətlərində dörd DİTİB imamının evinə əməliyyat təşkil edilmişdi.
azadliq.info