Parisin Bələdiyyə sədri Ana Hidalqo şəhərdə sığınacaq üçün müraciət edən şəxslərin düşərgəsindəki vəziyyətin qısa zamanda dözülməz hal ala biləcəyini açıqlayıb.
“LE MONDE” qəzetinin xəbərinə görə, Ana Hidalqo Daxili İşlər Nazirliyinə göndərdiyi məktubda yazır: “Bir həftədir sığınacaq axtaran şəxslər üçün qurulan düşərgəsinin qəbul imkanı azalır. Düşərgədəki vəziyyət qısa zamanda dözülməz hal ala bilər. Dövlət sığınma üçün lazımlı mərkəzlərin açılması məsələsində üzərinə düşən məsuliyyəti tam yerinə yetirməlidir.”
Paris bələdiyyəsinin məlumatına görə, şəhərin şimalında 3 aydır fəaliyyət göstərən müvəqqəti sığınma mərkəzində təxminən 5 min adam yaşayır. Düşərgədə yaşayanların 40%-i Əfqanıstan, 30%-i isə Sudan mühacirlərdən ibarətdir.
Daxili İşlər Nazirliyi isə 2015-ci ilin oktyabrından bəri ölkədə 13 min 366 adamın sığınacaq mərkəzlərinə yerləşdirildiyini açıqlayıb. Fransa bu düşərgələrdəki ağır şərtlər üzündən tez-tez beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının sərt reaksiyalarına məruz qalır.
azadliq.info