ABŞ prezidenti Donald Tramp sosial şəbəkələrdəki hesablarını idarə etmək üçün yeni komanda qurur.
CNN-in məlumatına görə, hələlik prezidentin «Twitter», «Facebook» və «Instagram» hesablarına görə bir məsul şəxs var.
Bu, Trampın uzun illərdir yaxın dostu olan və bundan əvvəl onun qolf-klubunu idarə edən 40 yaşlı Den Skavinodur.
Skavino məlum hesablarda Trampın ona diktə etdiyi fikirləri paylaşır.
Prezidentin sosial şəbəkələrdəki paylaşımlarına nəzarət edən komandanın bu həftə formalaşdırılacağı bildirilir.
Bununla yanaşı, Ağ Ev kommunikasiya üzrə direktor vəzifəsinə namizəd axtarır. Hazırda bu işi Ağ Evin mətbuat katibi Şon Spayser icra edir.
Qeyd edək ki, prezident Barak Obamanın dövründə sosial şəbəkələrə məsul komandada 20 nəfər təmsil olunurdu. Komandanın rəhbəri isə «Twitter»in keçmiş vitse-prezidenti Ceyson Qoldman idi.
Prezident seçkilərindəki qələbəsindən sonra Tramp sosial şəbəkələri ünsiyyət üçün əla vasitə adlandırmış və onlardan mütəmadi istifadə edəcəyini bildirmişdi.
Gültəkin