Yapon elektronika nəhəngi “Toshiba” icraçı direktoru şirkətin bu il 3,4 milyard dollar ziyana işlədiyini açıqlayaraq istefa verib.
İcraçı direktor Shigenori Shiga “bu ağır itkilərin inzibati məsuliyyətini boynuna götürdüyünü” açıqlayıb. “Toshiba” ABŞ-dakı nüvə reaktorlarında da 6,3 milyard dollar zərər gözlədiyini bildirib.
Açıqlanan zərərdən sonra şirkətin səhmlərinin dəyəri 9% azalıb.
Dekabr ayından bu yana şirkətin birjadakı dəyər itkisi isə 50%-ə çatıb. İqtisadçı analitiklər bu zərərlərin şirkətin gələcəyini riskə apardığını deyir.
“Toshiba” keçən il də 4 milyard dollardan çox ziyana düşmüşdü.
Şirkətin dünya səviyyəsində 190 min işçisi var.
azadliq.info