Ölkə başçısı İlham Əliyev iki nazirıiyin birləşdirilərək yeni yaradılmasına sərəncam verdiyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə rəhbər də təyin edib. Onun digər sərəncamı ilə yeni nazir vəzifəsi bunadək Rabitə və yüksək texnologiyalar naziri olan Ramin Quluzadəyə həvalə edilib.
Ramin Quluzadə 2015-ci ilin axırlarında Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini, 2016-cı ilin yanvarında isə nazir təyin edilmişdi. O, əvvəllər Heydər Əliyev Fondunda İşlər departamentinin direktoru olub.
azadliq.info