Bu gün MHP-nin Konyada keçirilən toplantısında çıxış edən partiyanın sədri Dövlət Baxçalı “kimsə bizə Beştəpənin arxa baxçası deyə bilməz, bunu mənə təklif edəcək bir igid də hələ doğulmayıb” deyib. Mətbuata qapalı keçirilən toplantıda partiyanın ali rəhbər orqanlarının üzvləri və millət vəkilləri bir araya gəlib. Dövlət Baxçalının toplantıda bunları söylədiyi öyrənilib: “Xeyr” çıxarsa, ölkə qarmaqarışıq olar (Referenduma çıxarılacaq Konstitusiyaya dəyişikliklərə münasibəti nəzərdə tutur – red.). Hələ də müxtəlif partiyaların yığıncaqlarına gedən MHP-lilərin olduğunu görürük. Artıq bunların partiya ilə əlaqələrinin olmaması lazım. “Xeyr” səsi verəcəyini açıqlayan yoldaşlarımız üçün intizam araşdırması başladılsın. Anayasanın 104 və 105-ci maddələri prezident tərəfindən pozulmaqda. Anayasa davamlı olaraq prezident tərəfindən tapdanır. Bu pozuntuların də davam edəcəyi fikri meydana gəldi. Bunu prezident ilə keçirdiyim iki görüşdə də özünə söylədim. Kimsə bizə ‘Beştəpənin arxa baxçası” deyə bilməz. Bunu deyəcək bir igid də hələ doğulmadı… “Dövlət üçün “bəli”, millət üçün “bəli’” şüarından istifadə edirik. Bunun harasında Rəcəb Tayyib Ərdoğan var?”.
Referendumda “xeyr” deyəcəyini açıqlayan MHP-li millət vəkilləri yığıncağa qatılmayıb. Amma qrup Başkanvəkilliyi vəzifəsindən ayrılan və Baxçalı ilə arasının soyuq olduğu iddia edilən Oktay Vural toplantıda iştirak edib.
azadliq.info