ABŞ prezidenti Donald Trampın inaqurasiyasından bir gün sonra yüz minlərlə insan Vaşinqtona axışıb.
Digər bir böyük kütlə isə yeni prezidentin syasətlərinə etiraz etmək üçün Kapitoli binası qarşısında toplaşıb.
Qadın yürüşünün təşkilatçıları yürüşdə bir neçə yüz min insanın iştirakını gözləyir.
Vaşinqton rəsmiləri şəhərdə 1800 avtobusun park etməsinə icazə verib. 100 mindən çox insanın şəhərə avtobuslarla gələcəyi bildirilir.
London və Sidney daxil edilməklə, dünyanın 20-yə yaxın ölkəsində 600-dən artıq yürüş təşkil edilib.
Əsas narahatlıqlar
Yürüşün təşkilatçılarının bildirdiyinə görə, onlar Trampa hakimiyyətinin ilk günü qadın və insan hüquqlarına dair mesaj ünvanlamaq istəyir. Nümayişçilər irqi və gender bərabərliyi, səhiyyə xidmətləri və abort hüquqları sahəsində radikal dəyişikliklər tələb edəcək.
Yürüş iştirakçılarını motivasiya edən digər narahatlıq qadınlara qarşı zorakılıq, əhraf mühitin mühafizəsi, qey və lezbianların hüquqlarının, əlillər, mühacirlət və icmaların nümayəndələrinin iş hüquqlarının müdafiəsidir.