AFP tərəfindən aparılan sorğuya görə Çində iqtisadi artım 2016-ci ildə son 26 ilin ən aşağı səviyyəsinə enib.
23 iqtisadçının iştirakı ilə keçirilən sorğuya görə, Çin iqtisadiyyatı 2016-ci ildə 6,7 faiz artıb. Bu, 1990-cı ildən bu yana görülən ən aşağı faiz olacaq. İqtisadi artım nisbəti 2015-də 6,9 faiz olmuşdu.
Çin hökuməti 2016-da inkişafın 6,5-7,0 faiz aralığında olmasını hədəfləyirdi. 2016 üçün rəsmi iqtisadi artım rəqəmi Cümə günü açıqlanacaq.