10 dekabr Britaniya kralı VIII Eduardın taxtdan imtinasının 80 illiyidir.
1936-cı ilin bu günü atası V Georqun ölümündən sonra cəmi 11 ay taxtda oturmuş kral VIII Eduard manifest imzalayaraq öz taxtından imtina edib.
VIII Eduard bu addımı iki dəfə boşanmış amerikalı Uollis Simpsonla evlənmək üçün atıb. Parlament və Anqlikan kilsəsi bu nikaha qəti şəkildə qarşı çıxıb.
Kral bəyan edib ki, “mən krallıq səlahiyyətlərimi sevdiyim qadının köməyi və dəstəyi olmadan həyata keçirmək imkanında deyiləm”.
Bundan sonra taxt onun kiçik qardaşı, Yorksk hersoqu Albertə keçib. Beş aydan sonra o, VI Georq adı ilə taxta çıxıb.
Belə olduğu təqdirdə taxtın varisliyi Eduardın qardaşı qızı və Georqun qızı Yelizavetaya keçib. Eduard və xanımı Uollis Simpson Britaniyanı tərk edərək Fransada yaşayıblar.