23 mayda Misirdə prezident seçkisi keçiriləcək. Müsəlman qardaşların namizədi Məhəmməd Mursi Qahirədə çıxış etdiyi mitinqdə şəriət dövləti tələb edib. O, tərəfdarlarına “Şəriət xaricində alternativ qəbul etmərik, Quran konstitusiyamızdır” deyə səslənib. Namizədlərin qeydə alınmasına az qalmış seçkiyə qatılmış Mursi ölkədəki əhalinin mühafizəkar qisminin səsini qazanmağa çalışır.
Parlamentə seçilən Müsəlman qardaşlar şəriət dövləti qurmaq istəmədiklərini bildirmişdilər. Ancaq seçki yaxınlaşdıqca seçki bəyanatları da sərtləşib.
azadliq.info