Hindistanın baş naziri Narendra Modi «Time» jurnalının keçirdiyi onlayn-sorğuda respondentlərin 19 faizinin səsini alaraq “İlin adamı” seçilib.
Sorğunun nəticələrinə görə, Modi Obama, Tramp, Putin kimi dünya liderlərini, həmçinin bir çox məşhur siyasətçi və incəsənət xadimini geridə qoyub.
Həm Obama, həm Tramp, həm də «WikiLeaks»in qurucusu Culian Assanc sorğu iştirakçılarının 7 faizinin səsini qazana bilib.
Rusiya prezidenti Vladimir Putin isə cəmi 6 faiz səs toplayıb.
Mişel Obamanın səs faizi 5, Hillari Klintonun 4, «Facebook»un yaradıcısı Mark Zükerberqin isə 2 olub.
«Time» onu da qeyd edir ki, son aylar Modinin reytinqi Hindistanda da kifayət qədər yüksək olub. Bunun bir səbəbi Hindistan hökumətinin iqlimə dair Paris sazişini ratifikasiya etməsi olub.
Bununla yanaşı, hind baş nazir pul islahatı ilə bağlı verdiyi qərara görə də diqqət mərkəzinə gəlib.
Bu islahat nəticəsində ölkənin milli valyutası olan 500 və 100 rupi dövriyyədən çıxarılıb. Modi bunun ölkədə korrupsiyaya qarşı mübarizə üçün atılan ciddi addım kimi qiymətləndirib.
Qeyd edək ki, dünyanın ən nüfuzlu adamını «Time»ın oxucuları ilə yanaşı, jurnal özü də seçir. Və adətən jurnalla, oxucularının seçimi fərqli olur.
«Time»ın kimi “İlin adamı” seçdiyi dekabrın 7-də məlum olacaq.
Gültəkin