Avropa Birliyi ölkələrinin hərbi-dəniz qüvvələri Ədən Körfəzi və Hind okenanında dəniz quldurluğu ilə məşğul olan somalilərin qurudakı bazalarına hava zərbəsi endiriblər. Avropa HDQ-in komandanlığı xəbər verir ki, “Atalanta” əməliyyatı Somalinin keçid hökümətinin yerdən verdiyi hərbi dəstəklə keçirilib. Endirilən dəqiq hərbi hava zərbələri zamanı mülki əhali arasında itki olmadığı xəbər verilir.
Avropa Birliyi Somali sahillərində və Hind okeanında hərbi-dəniz gücünü genişləndirməyi düşünür. Dəniz quldurlarına qarşı əməliyyat 2014-cü ilin dekabrınacan davam edəcək.
azadliq.info