Dollar satışını dayandıran bankların sayı artdıqca “qara bazar”da da dollar bahalaşır.
Dollar “qara bazar”da 1.8150 manatdan alınır, 1.8220-1.8250 manatdan satılır.
Sosial şəbəkələdə yazılan məlumatlara görə, “qara bazar”dan dolları 1.95 manatdan alan da var.
Xəbər verdiyimiz kimi, bu gündən banklar demək olar ki, dollar satmırlar. Banklarda dolların ən yüksək satış qiyməti 1.7775 manatdır. Lakin bu qiymətə də dollar almaq mümkün deyil. (marja)