Amerikanın Santa-Fe şəhərində dünyanın ən kök pişiyi Myau dünyasını dəyişib. 18 kiloqram ağırlığında pişik ABŞ-ın ən kök pişiyi sayılırdı. 2 yaşı olan heyvanın ölümünə həddən artıq piylənmə səbəb olub. Myau televiziya şousuna çıxdıqdan sonra bütün ölkəyə tanınmışdı. O, Amerika ilə bərabər dünyanın üzrə ən kilolu pişik olmasına baxmayaraq, Ginnes Rekordlar Kitabına düşə bilməyib. Təşkilat heyvan sahiblərinin ev heyvanlarını həddən artıq yemləməməsi üçün belə göstəriciləri qeydə almır.
azadliq.info