AXCP Gənclər Komitəsi mayın 8-də Beynəlxalq Talassemiya Günü ilə əlaqədar “Qan ver!” aksiyası keçirib. Aksiya ilə bağlı GK-nın müraciətində deyilirdi: ““Əziz dostlar, gənclər! 8 may Beynəlxalq Talessemiya Günüdür. Azərbaycanda da bu xəstəlikdən əziyyət çəkənlər var. Talessemiya xəstəsi olan gənc dostlarımızın qana ehtiyacı var. Gəlin, onlara dəstək olaq!”.
Qanvermə aksiyası saat 15:00-da Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında təşkil olunub.