«Heç kimin razılığı olmadan onu hansısa xidmətə qoşmurlar». Bunu jurnalistlərin qısa nömrələrdən gələn SMS-lərlə bağlı suallarını cavablandıran «Azercell Telecom» şirkətinin rəhbəri Vahid Mürsəliyev deyib. O bildirib ki, bu xidmətləri «Azercell» həyata keçirmir: «Biz qısa SMS nömrələri ayırırıq və üçüncü tərəf bu SMS-ləri göndərir». O deyib ki, bu tipli SMS-lərlə bağlı ayrıca müqavilənin imzalanması məsələsi gündəmdədir və gələcəkdə hansısa formada bu məsələ öz həllini tapacaq. «Azercell» rəhbəri mobil nömrə daşıması xidməti ilə bağlı da danışıb. O deyib ki, mobil nömrələrin daşınması xidməti özünü doğrultmayıb: «Bu, abonentlərin rahatlığı baxımından çox yaxşı xidmətdir, amma Azərbaycanda özünü doğrultmayıb». (Fins.az)