Trampın enerji və ticarət siyasəti Rusiyaya Qərb sanksiyalarından daha çox zərər vura bilər, – Moskva analitiki bildirib.
Putinin Trampın Rusiya rejiminə qarşı sanksiyalara son verəcəyinə ümid etməsinə baxmayaraq, yeni seçilmiş prezidentin proteksionizm, ABŞ-ın neft və qaz hasilatını artırmaq və yenidən sənayeləşmə öhdəliyi “Rusiya iqtisadiyyatı üçün ən neqativ nəticələrə səbəb ola bilər”, – Moskva analtiki belə fikirləşir.
“Nezavisimaya qazeta”-nın jurnalisti Olqa Solovyeva qeyd edir ki, Kreml və onun müttəfiqləri Trampın qələbəsini qeyd edirlər, çünki onlar inanırlar ki, prezidentin məsləhətçisi Serqey Qlazyevin dediyi kimi “Tramp praqmatik insan olduğu üçün Amerika biznesinə zərər verən anti-Rusiya sanksiyalarını ləğv edəcək”.
Moskva Siyasi Texnologiyalar Mərkəzinin vitse-prezidenti Aleksey Makarkin deyir ki, “Trampın qələbəsi Rusiya üçün böyük risk daşıyır”. O bildirir ki, “ən böyük risk Trampın başladacağı ticarət müharibələri nəticəsində dünya iqtisadiyyatının destabilizasiya riskidir”. Onun fikrincə, Tramp ticarət müqavilələrini ləğv edə və ya yenidən nəzərdən keçirə bilər və Amerika iqtisadiyyatını yenidən qurmaq üçün xaricə köçən Amerika firmalarını cəzalandıra bilər.
İkincisi, Makarkin əlavə edir ki, “qazma işlərinə qoyulan məhdudiyyətlərin götürülməsi nəticəsində neft qiymətlərinin düşmə riski var”. Əgər neft qiymətləri düşsə, Rusiya iqtisadiyyatı ziyan çəkəcək. Nəzərə almaq lazımdır ki, Rusiyanın rezervləri əvvələ baxanda indi daha azdır.
Moskva Sinerji Universitetindən Andrey Koptilov üçüncü riski belə açıqlayır: Trampın addımlarının qeyri-müəyyənliyi bazarları qəzəbləndirəcək və kapital təhlükəsiz yerlərə köçəcək, bu da Rusiya kimi inkişaf etməkdə olan bazarlara investisiya qoymaq istəyini azaldacaq.
Koptilov başqa təhlükələr də görür. Əgər Dekabrda FED uçot dərəcəsini artırsa, inkişaf etməkdə olan bazarlardan kapitalın axması trendi daha da güclənəcək. Və Amerikanın siyasəti Çinə ziyan vursa, bu, həmçinin Rusiyanın Çinə satışlarına da zərbə vuracaq.
Moskva analitiki Kiril Yakovenko bildirir ki, Trampın siyasəti neft qiymətlərini aşağı çəkəcək və bu da xarici satışlarda Rusiyanın neft və qaz monopoliyasından qazanılan gəlirləri “iki-üç dəfə” azaldacaq.
İlkin