Yüksək rütbəli islamçı şəxs də daxil olmaqla, özünü İslam Dövləti (İD) adlandıran qrupa bağlı beş nəfər Almanıyada koordinasiya edilmiş reydlər nəticəsində həbs edilib.
Şimali və qərbi Almaniyada mənzillər reyd edilib və Hanover şəhərinə yaxınlıqda bir məsciddə axtarış aparılıb.
Həbs edilənlər arasında Abu Walaa, və ya “üzsüz vaiz” ləqəbli iraqlı da var. O, İD sıralarına qoşulmaq barədə təbliğat aparırdı.
Reydlər İD-ə bir neçə ay ərzində qoşulduqdan sonra Türkiyəyə qaçan 22 yaşlı cihadçının verdiyi məlumat nəticəsində keçirilib.
Sentyabrın sonunda Almaniyaya dönməzdən qabaq, Anil O. adlı şəxs, müsahibədə Abu Walaa-nı “Almaniyada İD-nin 1 nömrəsi” adlandırdı.